Yüklənir...
109, Zarifa Aliyeva Street +994 12 598 0222 / 1222 travel1@eleganttravel.az / travel2@eleganttravel.az
Az En

İstirahətinizi Bizimlə Keçirin

Korporativ Səyahət

Bizim səyahətlərin idarə olunması sistemlərimiz elə təşkil olunmuşdur ki, korporativ müştərilərimizin dünyanın istənilən nöqtəsindəki bütün ehtiyaclarına cavab verə bilməkdəyik.

Biz inanırıq ki, korporativ səfərlərin təşkili və idarə olunması bir elm olmaqla yanaşı eyni zamanda incəsənətdir. Elmdir, ona görə ki, bütün hesablar incə işlənməli və korporativ müştərinin səyahət büdcəsinə sərfəli olan təkliflər olunmalıdır. İncəsənətdir, çünki səyahət emosional məsələdir və ona qayğı və etinayla yanaşmaq lazımdır.

Bu mühüm iki məsələni nəzərə alaraq, Eleqant Travel korporativ səyahət paketlərində iki aparıcı məfhuma diqqət edir – sərfəli qiymət və keyfiyyətli xidmət.

Sizin səyahətiniz bizim biznesimizdir. Sizin biznesinizin uğuru bizim üçün daha güclü partyor deməkdir.

Sizin daim artan tələblərinizə vaxtında və səmərəli cavab vermək üçün bizim xüsusi korporativ səyahət komandamız yeni elektron sistemlər üzərində işləyərək, onlayn və offlayn xidmətlər hazırlamaqdadır.

Eleqant Travel 2005-ci ildə təsis edildiyi gündən bu günə xidmətlərinin keyfiyyəti, səyahət və turizmə yenilikçi baxışı və turistlər və işgüzar səfər üçün səyahət edən iş adamlarınin yaxından hiss etdiyi etibarlı xidmət ilə yadda qalmışdır.

Eleqant Travel şirkətinin Korporativ Səyahət Şöbəsi müştərilərlə birlikdə işləyərək onların ehtiyaclarını dinləyir və hər bir müştəriyə xüsusi hazırlanmış səyahət xidmətləri təklif edir.

Biz səyahət xidmətlərinin hər bir sahəsi üzrə ixtisaslaşmışıq – belə ki, şirkətimiz Azərbaycan bazarında qabaqcıl şirkətlərdən sayılmaqdadır. Bizdən razı qalan müştərilərimizin təkrar-təkrar bizi seçməyi bizi daha da gücləndirməkdədir.

Xidmətlər

Bizim xidmətlər

Təyinat Məlumatı
Mehmanxanaların rezervasiyası
Viza açılması
Səyahət tibbi sığortası
Avtomobil icarəsi
Avropada qatar biletləri
Konfranslara qrup səfərlərin təşkili
Qarşılama və yola salma
Aeroport transferi
24 saat xidmət
Biletlərin pulsuz çatdırılması
Internal tours

Popular Destination

Packages

Awesome Packages

Thailand 3 days 2 Person
Indonesia 3 days 2 Person
Malaysia 3 days 2 Person